Türkiyəli müğənni Sibel Canın konsertində zəlzələdə həlak olanların xatirəsi anılıb. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakıda keçirilən konsert zamanı məşhur ifaçı və konsertdə olanlar 1 dəqiqəlik sükutla zəlzələ qurbanlarını yad ediblər. Daha sonra müğənni konsertdən toplanan bütün vəsaiti zərərçəkənlərə bağışlayacağını bildirib.