Slavyan Universitetinin sabiq şöbə müdirinə həbs cəzası istənilib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Prokuror adıçəkilən təhsil ocağının sabiq müdiri Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclas 8 sentyabr tarixində baş tutacaq.
Dürdanə Əliyeva külli miqdarda rüşvət almaqda ittiham olunur.