“Landmark”da Slovakiya səfirliyinin dəstəyi ilə sərgi keçirilir. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az xəbər verir.
“Biennali Bratislava illüstrasiyaları” sərgisində 60-dan çox Qran-pri qalibləri olan slovak illüstratorların əsərləri nümayiş olunur. Sərginin açılışında Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak da iştirak edib.
“Biennali Bratislava illüstrasiyaları” tədbiri müxtəlif ölkələrdən olan illüstratorlara öz sənətlərini dünya ekspertlərinə və nəşriyyatlarına çıxarmaq imkanları təklif edir.
Tədbir 9 iyun tarixinə qədər davam edəcək. Giriş sərbəstdir.
[URIS id=101807]