“Soyuq Əllər İsti Ürək” xeyriyyə yarmarkasında iştirak üçün qeydiyyat başlayıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az “Nargis Fund”a istinadən məlumat verir.
1 dekabr 2023-cü il - 15 yanvar 2024-cü il tarixlərində Fəvvarələr meydanında keçiriləcək yarmarkaya qoşulmaq istəyənlər 012 404 23 03 və ya 012 404 23 13 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Yarmarkada toplanan vəsait ehtiyacı olan uşaqlara xərclənəcək.