Yasamalda su borusu partlayan əraziyə FHN-in əməkdaşları cəlb ediliblər. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları vasitəsilə ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir.