Yasamal rayonunda su kəmərində baş vermiş qəza nəticəsində ziyan dəyən obyektlərə sığorta ödənişi veriləcək. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının verdiyi məlumata əsasən, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış obyekt sahibləri qəza ilə əlaqədar öz sığorta şirkətlərinə müraciət edə bilərlər.
Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 1 kv.m-i üçün 50 AZN, maksimal məbləğ isə 25.000 AZN-yə qədərdir.