Paytaxtın Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az “Azərirqaz”a istinadən xəbər verir.
Rayonun Günəşli qəsəbəsi, E.Bəkirli küçəsində yerləşən qaz xəttindəki sızmanın aradan qaldırılması ilə əlaqədar bu gündən etibarən qazın verilişinə məhdudiyyət qoyulacaq.
Bununla əlaqədar Yeni Günəşli qəsəbəsi, "V", "Q", "D" massivlərində, eləcə də "Altun" restoranının yaxınlığındakı yaşayış massivində 8000 istehlakçının, həmçinin Qaraçuxur və Günəşli qəsəbələri ərazisində yerləşən 12 ədəd qazanxananın qaz təchizatında fasilələr yaranacaq.