Ət kəsimi məntəqələri antisanitar vəziyyət yaradır. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Qurban bayramı ilə əlaqədar paytaxtın bir çox yerlərində heyvan kəsimi artıb. Ancaq sahibkarlar sanitariya qaydalarına riayət etmirlər. Onlar hevyanları antisanitar vəziyyətdə kəsir, heyvanın içalatını küçələrə atırlar. Bu da xoşagəlməz hal yaradır.
“Yerimiz çatmır ki, vəziyyət belə olur. Biz də pul qazanırıq”, - deyə sahibkarlar bildirirlər.
Rəsmi qurumlar məsələ ilə bağlı bildirib ki, mütəmadi olaraq yoxlamalar aparılır. Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar.