Bakıda tələbə imtahana cadu ilə gəlib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az elm işçi Elyar İslamoğluya istinadən xəbər verir.
“Qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla + (plus) formasında çoxlu sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadu-pitini 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib”, - deyə paylaşımda yazılıb.
Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi olan E.İslamoğlu bu hərəkəti pisləyərək, “boş-boşuna belə şeylərə pul tökərək "cahil" adı qazanmayın”, - deyə əlavə edib.