Bakı şəhərində 91 şagird təhsildən yayınıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Belə ki, ötən il ərzində paytaxt ərazisində təhsil alan 91 şagird qanunsuz olaraq dərslərdən yayınıb. Müəyyən edilən şagirdlərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və şagirdlər təhsilə geri qaytarılıblar.
Məlumat Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatında əks olunub.