Bakının "Baku Marriott Hotel Boulevard"ında 11-12 mart tarixlərində təhsil yarmarkası keçiriləcək. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az məlumat verir.
Yarmarkanı ziyarət edən tələbələr Türkiyənin onlarla universitetinin tədris şərtləri ilə tanış ola bilərlər.
Tədbir saat 09:45-dən 16:30-a kimi davam edəcək.