Heydər Əliyev sarayında “Harika kanatlar” tamaşası nümayiş olunacaq. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az saraya istinadən xəbər verir.
Türkiyənin məşhur tamaşalarından biri sayılan “Harika kanatlar” tamaşası 5 noyabr tarixində saat 12:00 və 15:00-da təqdim olunacaq. Biletlər artıq satışdadır. Qiymətlər 7-39 AZN arası dəyişir.
Biletləri İticket.az saytından almaq mümkündür.