Azərbaycanın və Qafqazın ən böyük istirahət mərkəzi olan “Dalğa Beach”də Türkiyənin ulduzu çıxış edəcək. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az məlumat verir.
Məşhur müğənni Murat Boz 12 avqust tarixində “Dalğa Fest”də çıxış edəcək.
Biletləri "Dalğa Beach"dən, iticket.az-dan və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 30 AZN-dən başlayır. Konsert 7000 nəfərlik geniş məkanda baş tutacaq.
“Dalğa Fest"də artıq bu yayın ən böyük iki konserti - Xalq artistləri Miri Yusifin və Röya Ayxanın çıxışları böyük izdihamla baş tutub.