Bakının ən gur yol qovşaqlarından birində, “20 Yanvar” dairəsində taksi sürücülərinin günahı ucbatından piyadalar yolu səhv yerdən keçmək məcburiyyətində qalırlar. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən “manatlıq” taksi sürücüləri avtomobillərini dairənin yaxınlığında, “Şamaxinka” ərazisinə geri dönüşdə körpünün altında saxlayırlar. Nəticədə sərnişinlər yolların ortasında qalaraq yolu piyadalar üçün nəzərdə tutulmamış hissədən keçirlər.
Artıq bir neçə aydır ki, Azərbaycan Yerüstü Nəqliyyatı Agentliyi (AYNA) və yol polisi əməkdaşları qanunsuz daşımalara qarşı mübarizə aparırlar. Bakı avtovağzalı ərazisində taksi sürücüləri üçün xüsusi təhlükəsiz və təchiz olunmuş zona ayrılıb. Buna baxmayaraq, sürücülər “20 Yanvar” dairəsi və “Şamaxinka” adlanan əraziyə yaxın ərazidən sərnişin toplamaqda davam edərək piyadalar üçün təhlükə və şəhərin çıxışında süni tıxaclar yaradırlar.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/06/baku1-1.mp4"][/video]