Bakıda oktyabrın 13-də italiyalı müğənnilər konsert verəcəklər. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Azərtac-a isitinadən xəbər verir.
Heydər Əliyev Sarayında konsertdə tamaşaçılar italiyalı məşhurların ifalarını dinləyəcəklər. Konsertdə Stefano Bersola, Martina Stiano, Canni Skribano, Lara Pasquali və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak edəcəklər.
Biletlərin qiyməti 40-140 manat təşkil edir. Biletləri onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.