Biznesmen Şərif Salmanov barəsində cinayət işi başlanıb. Bu haqda bu gün, 17 aprel tarixində Qafqazinfo məlumat verib.
Xaricdə təhsil şirkətlərinin rəhbəri kimi tanınan Salmanova “Külli miqdarda ziyan vurmaqla dələduzluq”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Rüşvət alma” maddələri ilə ittiham elan olunub. Ondan vətəndaşların çoxsaylı şikayətlərinin daxil olduğu bildirilir.
Salmanov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.“İTCC” və “Bakı Training mərkəzi”nin rəhbəri olan Salmanov tez-tez televiziya proqramlarına ekspert kimi dəvət olunurdu.