Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyulub. Bu haqda bu gün, 24 oktyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Rəssam Azər Əliyevin ölkədən çıxışına qadağa qoyulub. Buna səbəb Əliyevə məxsus “Bakudesigncenter” və “Symbol promo” MMC-lərin dövlətə olan vergi borclarıdır.
Qrafik dizayner Azər Əliyev Rəssamlıq Akademiyasının dosentidir. Onun təsisçisi olduğu “Bakudesigncenter” təhsil mərkəzində, əsasən, peşəkar dizaynerlər hazırlanırlar.