Milli Azərbaycan Tarixi Muzeyində Novruz bayramı ərəfəsində “Muzeydə Novruz macəraları” adlı əyləncəli-maarifləndirici tədbirlər təşkil olunur. Bu haqda bu gün, 2 fevral tarixində Azərtac-a istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərdə gips fiqurlar üzərində səməni rəngləmə, ustad dərsləri, kəndirdartma və digər əyləncəli oyunlar, müxtəlif proqramlar nəzərdə tutulub. Həmçinin uşaqlar muzeyin eksponatları ilə tanış olacaq və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiyada iştirak edəcəklər.
Proqram 3-10 yaş arası uşaqlar üçün nəzərdə tutulub və ayın 17-sinədək davam edəcək. Tədbirlərdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Əlaqə telefonu: +994 55 734 76 64.