Tanınmış iş adamının oğluna məxsus "The Cheese” restoranı barəsində inzibati iş başlanıb. Bakuplus.az bu haqda 30 may tarixində Qaynarinfo.az-a istinadən xəbər verir.
Bakıda fəaliyyət göstərən restorana qarşı İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkar tərəfindən yoxlama prosesinə mane olmaq) ilə ittiham irəli sürülüb. Məddəyə əsasən, vəzifəli şəxslər 1000-1500 manat məbləğində cərimələnə bilərlər.
İş Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov tərəfindən araşdırılacaq.
Qeyd edək ki, "The Cheese” restoranının qanuni təmsilçisi Emil Əlixanbəyovdur. O, ATEF şirkətlər qrupunun sahibi Talıb Əlixanbəyovun oğludur.