TikTok sosial şəbəkəsində məşhur olan bloger Səbuhi Xanlarov həbs olunub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az məlumat verir.
İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsi ilə ittiham olunan Xanlarov barəsində inzibati qaydada 15 sutkalıq həbs qərarı verilib.
Bildirilir ki, onun həbs edilməsi TikTok-dakı canlı yayımda "Daqqılı" ləqəbli Ziliş Cəfərovu təhqir etməsi ilə bağlıdır. S.Xanlarov və "Magerramoff" adlı TikTok istifadəçisi Əmrah Məhərrəmov canlı efirdə Daqqılının şalvarını soyundurublar.
Sözügedən Məhərrəmovun ölkədən qaçdığı bildirilir. Bu səbəbdən onu həbs etmək hələ ki mümkün olmayıb. Onun hazırda Gürcüstanda gizləndiyi bildirilir.