Bakının Xətai rayonunda yerləşən “Port Baku” kompleksində “Umico Market”in “poçtomat” adlı təhvil məntəqəsi quraşdırılıb. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az məlumat verir.
Belə ki, “Umico Market”dən onlayn şəkildə sifariş olunan mallar kuryer tərəfindən müvafiq hücrəyə yerləşdirilir. Həmin xidmət yalnız onlayn ödənilən məhsullar üçün mövcuddur.
Müştəri ona SMS vasitəsilə göndərilən kodu daxil edərək həmin bağlamanı götürə bilər.
Elektronlaşdırılmış təhvil məntəqəsi hazırda test rejimində işləyir. Gələcəkdə “poçtomat”ların şəhərin müxtəlif nöqtələrdə quraşdırılması da nəzərdə tutulur.
[caption id="attachment_107832" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]