Azərbaycan Dövlət İqtisad Universiteti kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az universitetə istinadən xəbər verir.
Belə ki, təhsil müəssisəsinin Maliyyə və audit kafedrasının dosenti, 76 yaşlı Cəmaləddin Zərbəliyev vəfat edib. O, 53 ildir UNEC-də çalışırdı.
C.Zərbəliyev, həmçinin adıçəkilən universitetdə təhsil alıb.