Dövlət İqtisad Universitetindən məzun olan tələbələrin sayı açıqlanıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, təhsil müəssisəsindən bu il ümumilikdə 5525 tələbə məzun olub. Onlardan 3493-ü bakalavr, 2032-i isə magistr məzunlarıdır.
Universitetin Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olan12 tələbəyə həmin universitetin diplomları təqdim olunub.
Bakalavr səviyyəsi üzrə ən yüksək ortalama 99,43 balla Ayan Nəbiyevada olub.