"Azərbaycan Uşaqları" İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində bayram tədbiri keçirilib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
Qurban bayramı münasibətilə baş tutan tədbirdə DİN-in Əlahiddə Çevik Polis Alayının 2-ci patrul bölüyünün, Binəqədi RİH-nin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbir çərçivəsində mərkəzdə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram süfrəsi ətrafında əyləncəli şou-proqram təşkil olunub və xatirə hədiyyələri təqdim edilib.