Bakıda xəstəxananın dəhlizində gecələyən kişi oradan gedib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bildirilir ki, kişinin adı Fikrət Eyvazovdur. Onun xəstəxanada olduğu vaxt həkimlər və tibb bacıları əllərindən gələn köməyi ediblər.
“Araşdırma apardıq. Məlum oldu ki, həmin kişinin ailəsi ilə əlaqəsi yoxdur. Bu səbəbdən də gəlib bizim Təcili Yardım Şöbəsində gecələyib. Artıq bir neçə gündür ki, həmin şəxs xəstəxanada yoxdur”, - deyə tibb müəssisəsindən bildiriblər.
Daha öncə yaşlı kişinin xəstəxana dəhlizində gecələməsi barədə məlumat verilmişdi.