Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsi, 2A ünvanında binanın fasadının hissələri qoparaq sakinlərin başına tökülür. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az “Baki Gundeliyi”nə istinadən xəbər verir.
Belə ki, adıçəkilən binanın üzərindəki penoplastların söküntüsü yarımçıq saxlanılıb. Buna görə də güclü külək səbəbindən fasadda qalan penoplast və dəmir parçaları qırılır və ətrafda hərəkət edən sakinlərə ciddi təhlükə yaradır.
Metronun “Azadlıq” stansiyası yaxınlığındakı yanan binadan sonra Bakıdakı digər binalarda da penoplast, poliuretan əsaslı üzlüklər sökülməyə başlamışdır.
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/04/360p2.mp4"][/video]