Paytaxtın Xətai rayonu, Elvin Şükürlü və Zeytunluq küçələrində yenidənqurma işləri aparılır. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Hazırda ümumi uzunluğu 5 km olan torpaq əsaslı küçələrə asfalt örtüyü vurulur. Daha sonra ərazidə yeni səki daşları döşənəcək, yeraltı kommunikasiya xətləri bərpa olunacaq.
Ən sonda müvafiq yol cizgiləri çəkiləcək və yol nişanları quraşdırılacaq.
Cari ilin sonuna qədər Xətai rayonu ərazisində ümumi uzunluğu 13 km-dən artıq olan küçələrin təmiri nəzərdə tutulub.
[caption id="attachment_76518" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]