Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisinın təchizatı dayandırılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Oxu.az məlumat verib.
Rayon sakinlərinin sözlərin görə, Lütfi Zadə, 10 ünvanında bir neçə saatdır işıq yoxdur.
“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, bu ərazidə qəza baş verib.
"Hazırda hadisə yerində qəza xidməti işləyir. Yaxın bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə Aydınoğlu əlavə edib.