Paytaxtın Xəzər rayonunun bir hissəsində qaz olmayacaq. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Rayonun Şüvəlan qəsəbəsi, Şimal Qres ərazisində yerləşən qaz xəttinə tənzimləyici quraşdırılması ilə əlaqədar 15 aprel saat 10:00-dan etibarən qazın verilişi dayandırılacaq. Məhdudiyyət Şüvəlan qəsəbəsində yaşayan 300 abonenti əhatə edəcək.