Ramana qəsəbəsində sakinlər mavi qazdan yararlana bilmirlər. Bu haqda 26 mart tarixində Bakuplus.az Arb24-ə istinadən xəbər verir.
Xəzər rayonu, Şuşa yaşayış massivi, 2-ci sahə, 50-yə yaxın ailə mavi yanacaqla təmin olunmayıb. Qəsəbənin başlanğıc nöqtəsindən sonuna qədər qaz xətti çəkilsə də, bir çoxları ondan yararlana bilmir. Sakinlər odun alaraq problemi şəxsi vəsaitlər hesabına həll edirlər.
“Sözügedən ərazidə qazlaşma məsələsi gündəmdədir. Lakin cari ildə nəzərdə tutulmayıb, növbəti mərhələdə bu sakinlərində qaz məsələsi öz həllini tapacaq”, - məsələ ilə bağlı “Azəriqaz” İB bildirib.