Bu gün paytaxtın Xəzər və Binəqədi rayonlarında qaz təchizatında fasilələr olacaq. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Zirə qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunma və 7-ci mikrorayon S.S.Axundov küçəsində yeni xətt çəkilməsi üzrə işlər aparılacaq.
Saat 10:00-dan işlər bitənədək Zirə qəsəbəsinin və Binəqədi rayonunun Abay Kunanbayev, Aydınbəyov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.