Azərbaycan Xalça Muzeyində növbəti mühazirə keçiriləcək. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az mədəniyyət evinə istinadən xəbər verir.
“Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika mövzusu üzrə mühazirə baş tutacaq. Mühazirə Əməkdar rəssam İnna Kostina tərəfindən rus dilində keçiriləcək.
Tədbir 11 mart 2023-cü il saat 16:00-da başlayacaq. Tədbirdə iştirak üçün öncədən qeydiyyat vacibdir. İştirak ödənişsizdir.