top
Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə çağırış etdi
10 may 2025, 23:50
- +

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə çağırış etdi

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov "Ögey ana" və "Fəryad" filmlərinin baş qəhrəmanı, mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiya paytaxtında küçədə yaşamasının səbəblərini açıqlayıb.

Qaynarinfo.az-a açıqlamasında bildirib ki, Ceyhun Mirzəyevin həyat yoldaşı müstəntiq olub və uzun müddət Respublika Prokurorluğunda işləyib:

"Onlar gec ailə qurmuşdular. Ceyhun yenidən yaxşı filmlər çəkirdi. Belə bir dönəmdə Ceyhun dünyasını dəyişdi. Rəhmətə gedəndən bir az sonra onun həyat yoldaşı bir gün studiyaya gəldi. Hamımıza dedi ki, daha mən burada qala bilmirəm. Bakı məni Ceyhunsuz sıxır.

Burada yaxşı evləri vardı, onu satdı. Nə qədər etdiksə, onu yolundan döndərə bilmədik. Qızını da götürüb getdi Rusiyaya. Qadın dedi ki, mən burada Ceyhunsuz yaşamaq istəmirəm, qohumlarım orada, mən burada.

Onlar köçəndə Moskvaya getməyiblər. Bu qız niyə küçədə qalıb? Çox yaxşı imkanları olub".

Əbdül Mahmudbəyov uzun müddət Azərbaycanın Rusiyada səfiri olmuş, Milli Məclisin deputatı Polad Bülbüloğluna müraciət edib:

"Azərbaycanın Rusiyada səfirliyi var, niyə ora müraciət etməyib? Mədəniyyət Nazirliyinə müraciət edirəm, bu məsələ ilə maraqlanmaq lazımdır. İmkan varsa, Ceyhun Mirzəyevin qızını Azərbaycana qaytaraq. Ya da onu küçələrə salan səbəblər araşdırılmalıdır. Polad Bülbüloğlunun yaxşı əlaqələri var. Ona çağırış edirəm, belə bir aktyorun qızının taleyinə biganə qalmayaq".

Qeyd edək ki, "Ögey ana" və "Fəryad" filmlərinin baş rollarında səhnə alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Rusiyanın paytaxtında küçədə yaşamasına dair faktlar yayımlanıb. Bu barədə "Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Oxşar xəbərlər