Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də 88 yaşında vəfat edib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Rəssam bu gün Buzovnadakı qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları və sənət dostları iştirak ediblər.
Fazil Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə o, Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.
Fazil Nəcəfov 7 may 1988-ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, 30 may 2002-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb.
Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
[caption id="attachment_106067" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]