Bakının Səbail rayonu, Xaqani küçəsində təmir işləri aparılır. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az məlumat verir.
Hazırda Rəşid Behbudov küçəsi ilə kəsişmədən Fikrət Əmirov küçəsi ilə kəsişməyə qədər olan yolun asfalt örtüyü yenisi ilə əvəz olunur. Həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir.
Daha öncə analoji işlər Puşkin küçəsində aparılmışdır.
[URIS id=80232]