YARAT İncəsənət Mərkəzində növbəti film gecəsi baş tutacaq. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Film gecəsində rejissor Stenli Kubrikin məşhur “2001: Kosmik Odissey” elmi-fantastika filmi nümayiş olunacaq.
Film insan təkamülünün gedişatına təsir göstərən sirli qara monolitlərlə insanların bir sıra görüşlərindən bəhs edir. 1-ci görüş tarixin başlanğıcında baş verib. 2-ci dəfə insanlar Ayda monolit tapırlar. Bu monolit Yupiterə doğru güclü radiasiya yayır və insanlar oraya ekspedisiya göndərmək qərarına gəlirlər.
Tədbir 28 fevral saat 19:00-da XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində baş tutacaq.