“YARAT” İncəsənət Mərkəzində böyüklər üçün ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
“Özünü kəşf et” layihəsi çərçivəsində keçirilən ustad dərslərinin iyul ayı üçün proqramı aşağıdakı kimidir:
5 iyul:
Mövzu - “Mənim Bakım”
Tyutor - Müsseyib Əmirov
Hər bir iştirakçı kətan üzərində akril boyalarla Bakının mənzərəsini yaratmaqla öz yaradıcılığını üzə çıxarmaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
19 iyul:
Mövzu - “Heykəltaraşlıq şəkli”
Tyutor - Müşfiq Heydərov
Ustad dərsi heykəltaraşlıq sənəti üzrə ilk dəfə özünü sınamaq təcrübəsi və bu sahədə bacarıqları dərinləşdirmək imkanı verir. İştirakçılar plastilindən özünəməxsus insan obrazları yaradacaqlar.
26 iyul:
Mövzu - “Qadın portreti”
Tyutor - Hüseyn Haqverdiyev
Ustad dərsində iştirakçılar kolla texnikasından istifadə edərək, rəngli kağızdan qadın portreti yaradacaqlar.