Paytaxtın Yasamal rayonu, 161 nömrəli tam orta məktəbin direktoru məsuliyyətə cəlb olunub. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya töhmət verilib.
Onlar məktəbdə keçirilən tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa qalxmamışdılar. Bununla bağlı yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur.