Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində hərəkət qismən məhdudlaşdırılacaq. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədar 30 iyun sat 08:00-dan 3 iyul saat 20:00-a qədər davam edəcək.
Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qurum yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.