Paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yenidənqurma işləri davam etdirilir. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 860 metr, ortalama eni 10.5 metr təşkil edən ərazidə köhnə asfalt örtüyü qaşınıb, artıq 450 metrlik hissəyə yeni asfalt vurulub. Yolun hərəkət hissəsi genişləndirilib.
Hazırda küçə boyu kanalizasiya və kommunikasiya xətlərində müvafiq işlər görülür. Daha sonra yol nişanları quraşdırılacaq və xüsusi parkinq yerləri yaradılacaq.
Sözügedən küçədə 3 iyul tarixinə qədər hərəkətin qismən məhdudlaşdırılması barədə məlumat verilmişdir.
Cari il ərzində Yasamal rayonu ərazisində ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri nəzərdə tutulub.
[URIS id=50737]