Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində təmir işləri aparılır. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az xəbər verir.
Hazırda avtomobil yolunda asfalt örtüyü qaşınır. Hərəkət qismən məhdudlaşdırılıb. Yeraltı kommunikasiya xətlərinin bərpasından sonra yeni asfalt örtüyünün salınması nəzərdə tutulub.
AAYDA-nın bayram günlərində paytaxtın bir sıra prospekt və küçələrində təmir-bərpa işləri aparacağı barədə xəbər verilmişdir.
[URIS id=38181]