Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində binaların işıqlandırma sistemləri təmir olunur. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az xəbər verir.
Tikililərin fasadlarında quraşdırılmış işıqların dəyişdirilməsi və təmiri həyata keçirilir. Bununla əlaqədar əraziyə xüsusi texnika da cəlb olunub.
Təmir-bərpa işlərinin mərhələləli olaraq prospekt boyunca təşkil olunacağı planlaşdırılır.