Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüş keçirib. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Yasamal Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 13 saylı tam orta məktəbin akt zalında rayon sakinləri ilə görüşüb. Burada vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı orta məktəblər ətrafında qurumuş agacların budanması, bina damlarının təmiri, zirzəmilərin istifadəsi, sosial yardım, ticarət köşklərinin fəaliyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin təmiri və bir sıra sosial məsələlər qaldırılıb.
Başçı sakinlərin problemlərini həll etmək üçün xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.
[caption id="attachment_73695" align="alignnone" width="640"]
Foto Yasamal RİH-nin rəsmi saytı[/caption]