Bakıda məişət tullantılarının qalaqlandığı ərazi təmizlənib. Bu barədə 22 yanvar tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) məlumat verib.
DETX-nin nəzarəti altında Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində qalaqlanan məişət tullantıları Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib”, - Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.