Bakının Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Birliyi və rayon bələdiyyəsinin əməkdaşları təmizlik və abadlıq işləri aparır. Bu haqda bu gün, 19 apel tarixində Yasamal RİH-in mətbuat xidməti məlumat verib.
Rayonun müxtəlif küçələrində gündəlik abadlıq və təmizlik işləri ilə yanaşı burada qurumuş və piyadalara təhlükə saçan ağaclar da budanır.
Bundan əlavə, yeni salınan parklarda əkilmiş ağaclar suvarılır, tullantılar yığışdırılır. Təmizlik işlərinə qüvvə və texnika cəlb olunub.
[URIS id=41225]