Bakı şəhəri, Yasamal rayonunda müxtəlif ünvanlarda abadlıq kompleks tədbirləri həyata keçirilir. İşlər Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən aparılır.
Hazırda təmir Əbdürrəhim Bəy Haqverdiyev küçəsi ilə Hüsey Cavid prospektinin kəsişməsində aparılır. Həmin ərazidə piyada zonaları bərpa edilir - səkilərin örtüyü təzələnir, panduslar quraşdırılır, bəzi yerlərdə asfalt və daş örtükləri dəyişilir. Təmir işlərinə canlı qüvvə və texnika cəlb olunub.
Cari ilin iş qrafikinə uyğun olaraq, Yasamal rayonunun təmirə ehtiyacı olan digər ərazilərində də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.