Paytaxtın Yasamal rayonunda aztəminatlı ailələrə yardım aksiyası təşkil olunub. Bu haqda bu gün, 14 yanvar tarixində rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Arxangel Mixail adına pravoslav kilsəsinin birgə dəstəyi ilə ərzaq sovqatları paylanılıb.
“Keçirilən bu xeyirxah aksiya zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edir”, - deyə kilsənin baş keşişi Mefodiy Əfəndiyev deyib.
[URIS id=29580]