Bakının Yasamal rayonu, Xıdır Mustafayev küçəsində artıq 10 gündən artıqdır ki, çirkab sular yolu basıb. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az məlumat verir.
Sakinlərin sözlərinə görə, küçədə barmaqlıqlar olduğuna görə kanalizasiya suyu bir neçə metr axaraq kollektora tökülür. Lakin həmin ərazidə yaşayan insanlar qoxudan və yerin yaş olmağından şikayətlənirlər.
Yerli sakinlər, həmçinin qeyd edirlər ki, həmin problem onilliklər ərzində vaxtaşırı baş verir. Onlar hakimiyyətdən vəziyyətlə maraqlanmağı xahiş edirlər.
[caption id="attachment_77428" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]