Paytaxtın Yasamal rayonu Kilyazi küçəsində təmir-bərpa işləri aparılır. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az xəbər verir.
Hazırda ərazidə asfalt örtüyü qazılır. Daha sonra yeraltı kommunikasiya xətlərinin bərpası və yeni asfalt örtüyünün salınması planlaşdırılır. Həmçinin piyada səkilərinin də yenidən qurulması nəzərdə tutulub.
Bir müddət öncə sözügedən küçə ilə kəsişən Bəsti Bağırova küçəsində əsaslı təmir işləri aparılmışdır.
[caption id="attachment_36966" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]