Paytaxtın Yasamal rayonunda səkinlərlə səyyar görüş təşkil olunub. Bu haqda 31 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
286 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə İcra başçısı yerli sakinləri qəbul edib, onların şikayət və təkliflərini dinləyib. Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir zamanı vətəndaşlar orta məktəblərin təmiri, gənclərin asudə vaxtının təşkili, narkomaniya və cinayətkarlıqla mübarizə, parkinq və marşrut xətti problemi, su təchizatı, həyətlərin abadlaşdırılması, sahibsiz itlər və digər sosial məsələlərlə bağlı öz fikirlərini bildiriblər.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri narahat edən problemlərlə bağlı həlli üçün müvafiq tapşırıqlar verib.